20-04-2017 [11:36]
Bir neçə ay əvvəl Tarif Şurasının qərarı ilə elektrik enerjisinin qiyməti qaldırılıb. Yeni tariflərə görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
İşıq pulunun artırılması isə qlobal iqtisadi böhran vaxtı büdcəsi az olan ailələrə ciddi problemlər yaradır. Halbuki ildə bir ailə elektrik enerjisinə 1 faiz qənaət etsə, həm öz büdcəsinə, həm də iqtisadiyyata milyonlarla manatlıq xeyir vermiş olar.
BakiPost.az gündəlik görülən işlər zamanı elektrik enerjisinə qənaət etmənin yollarını təqdim edir:
Soyuducudan düzgün istifadə edin
İşıq pulunu azaltmaq üçün diqqət edilməsi vacib olan ən önəmli nüans, əvvəlcə soyuducunu düzgün yerləşdirməkdir. Soyuducunu radiotar, qaz plitəsi, günəş kimi istilik mənbələrindən uzaqda qoyun və qapısını uzun müddət açıq saxlamayıb.
Diqqət edilməsi vacib olan ikinci məsələ isə soyuducunun içidir. Ağzı bağlanılmamış su və sulu yeməklər nəm buraxdıqları üçün soyuducunun daha artıq elektrik enerjisi sərf etməsinə səbəb olur. Bu səbəbdən suların ağzını bağlayın, yeməkləri isə saxlama qablarında soyuducuya qoyub.
Bundan əlavə, soyuducunu doldurarkən, yeməklər arasında uyğun bir məsafə buraxılmalıdır. Beləcə hava rahatlıqla hərəkət edər və soyuducu daha az enerji sərf edər.
Elektrik alətlərinin başlıqlarını unutmayın
Elektronik qurğular elektrik mənbəyinə taxılı olarkən işləməsələr belə, enerji sərf edirlər. Yandırıb-söndürmə funksiyalı uzatma kabelləri eletrik alətlərini tək hərəkətlə elektrik mənbəyindən ayırmağa kömək edir. Ev əşyalarını elektrik mənbəyindən ayırmağı adət halına çevirin.
Diqqətli ütüləyin
Ütü ən çox elektrik enerjisi sərf edən ev alətidir. Buna görə də buxarlı ütülərə üstünlük verin. Son paltarı ütüləyərkən ütünü elektrik mənbəyindən ayırıb, öz istisində də işinizi tamamlaya bilərsiniz. Paltarları xəfif nəmli ütüləməyə başlasanız, daha tez düzləşdirməyə nail olarsınız.
Lampalarınızı dəyişdirin
Evlərdə əsasən istifadə olunan sadə işıq lampalarından imtina edib, yerinə qənaətli lampalar taxın. Bu lampalar vasitəsilə həm eyni işıqlandırmaya nail olacaqsız, həm də elektrik enerjisinə qənaət edərək daha uzun müddət lampa dəyişdirmək əzabından xilas olacaqsınız.
Diqqət edilməli daha bir vacib nüans var. Belə ki, gün işığından mümkün olduğu qədər daha çox faydalanmaq və mebelləri gün işığının qarşısını kəsməyəcək formada yerləşdirmək lazımdır. Lampaları isə otaqların künclərinə yerləşdirsəni, işqı künc divarlardan otağa daha rahat yayıla bilər.
Paltarları aşağı dərəcədə yuyun
Əvvəlcə, paltaryuyan maşınınızı öz tutumu qədər doldurun. Az miqdarda paltar qoyduqda su və elektrik qənaətli proqramlar seçin. Mümkün qədər aşağı dərəcəli istilikdə yumağa çalışın. Parçanın materialını və çirklilik dərəcəsini göstərərək mümkün olan ən qısa yuma proqramını seçin.
Qabyuyan maşında da mümkün olduğu qədər aşağı istilikli proqramlara üstünlük verin.
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb