Dollar nə vaxtdan bahalaşacaq? - Ekspertdən proqnoz

img

28-03-2017 [12:31]


Hazırda valyuta bazarlarında hökm sürən durğunluq iki həftə boyunca davam edəcək.

Mia.az xəbər verir ki, bunu BakıPost.az-a iqtisadçı Rəşad Həsənov yaxın 1-2 ay ərzində manatın taleyini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu durğunluq bəzi səbəblərə görə baş verir: "Hələ ki, bizim valyuta bazarlarında çox ciddi durğunluq vardır. İlin əvvəlində həm hökumətin 2107-ci ildə məzənnə siyasəti ilə bağlı məlumatları ictimailəşdirməsi, həm də müəyyən qərarlar verməsi və bu kimi səbəblərdən valyuta bazarlarında ciddi çalxalanma müşahidə olundu. Amma hazırda, xüsusilə də fevral ayının ikinci yarısından başlayaraq çox ciddi durğunluq hiss olunur. Yəni tələb və təklif demək olar ki, kifayət qədər məhdudlaşıb.

Tələbi məhdudlaşdıran amilləri əsasən biznesdə müşahidə edilən passiv davranış, idxalın həcmində ciddi aktivliyin olmaması və hazırda ilin əvvəlində büdcə planlaması ilə əlaqədar olaraq dövriyyə manat kütləsinin daxil edilməsi, dövlət vəsaitləri hesabına idxal məhsullarının alışına tətbiq edilən məhdudiyyətlər kimi qruplaşdıra bilərik. Eyni zamanda dollarlaşmanın ən yüksək səviyyə çatmasını da prosesə əlavə edə bilərik. Bu səbəblərdən də faktiki olaraq bu gün valyuta bazarlarının iştirakçıları prosesə çox ciddi reaksiya vermir. Bununla bağlı "qara bazar”da belə məzənnə 2 manatlıq psixoloji həddi keçə bilmir. Bu isə onu deməyə əsas verir ki, indiki şərtlər daxilində hələlik manatın real məzənnəsi 2 manat səviyyəsindən aşağıdır. Bu psixoloji həddi keçə bilməməsi də bazar iştirakçılarında, xüsusilə də daha iri həcmli, ağır statuslu prosesi həyata keçirən və məzənnəyə təsir edə bilən iştirakçılarda o qədər ciddi maraqlar yaratmır. Bu baxımdan onlar da bazarda passivdir.

İlin əvvəlində Neft Fondu Mərkəzi Banka təxmini olaraq 4. 5 milyard vəsait ayırdı. Bu valyuta əsasən Mərkəzi Bankın öhdəliklərini yerinə yetirilməsi məsələlərinə yönəldiləcək. Bu da ən böyük bazar iştirakçılarından biridir. Yəni tələb formalaşdıran iştirakçılarından birinin neytrallaşdırılması deməkdir. Bu da bazarları daha da kiçildir. Qeyd etdiyim səbəbdən də hər hansı ciddi dəyişiklik hiss olunmur.

Mart ayının yarısı iş günü olmayıb, banklar və biznes iştirakçıları bazarda aktiv iştirak etməyib. Tələbin həcmi kifayət qədər məhdud səviyyədə olub. Həmçinin ölkəyə müəyyən qədər turistlər gəlib. Onlar müəyyən qədər bazarda təklif artıran tərəf olaraq çıxış etdilər. Daxili bazarlara əlavə valyuta daxil oldu. İki həftə bu proses davam edəcək”.

İqtisadçı bildirib ki, aprelin ikinci yarısından etibarən müəyyən qədər büdcə xərclərinin artması əlavə tələb təzyiqi formalaşdıra bilər: "Bununla bağlı hökumətin həyata keçirəcəyi məzənnə siyasətindən asılı olaraq Neft Fondunun bazar iştirakçılarının müəyyən qədər sürətləndirmək mümkündür.

Beynəlxalq bazarlarda da Trampın qeyri-müəyyən iqtisadi siyasəti nəticəsində dollar öz mövqeyini kəskin şəkildə itirir. Baxmayaraq 10 gün öncə uçot dərəcələri artırılıb. Ona görə də dolların sürətlə bahalaşması müşahidə olunmalı idi. Amma əksi oldu. Bu kimi amillər az da olsa Azərbaycan bazarlarına öz təsirini göstərir. Psixoloji olaraq dollar tələbini müəyyən qədər azalmasına gətirib çıxarır”.

Rəşad Həsənov onu da əlavə edib ki, hazırda növbəti 1 ayda dollar üçün ciddi narahatlıq yoxdur: "Riskli məzənnə dəyişiklikləri gözənilmir. Böyük ehtimalla 1.85 və 1.70 intervalı arasında dinamika nümayiş etdirəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR