Şriftin ölçüsü / 174 dəfə oxunub

Deputat Əflatun Amaşov Saatlıda əkin sahəsinə getdi, tikintiylə tanış oldu - FOTOLAR

19 Mart 2017 [22:17]
Bu gün Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Saatlı rayonunda seçicilərlə görüşüb. Deputat eyni zamanda rayonda yeni obyektlərin inşası prosesi ilə maraqlanıb.

Mia.az xəbər verir ki, bu barədə Əflatun Amaşovun özü məlumat verib.

O, Saatlının Azadkənd kəndində olarkən müxtəlif vaxtlarda ona müraciət etmiş kənd sakinlərinin vəziyyəti ilə də tanış olub, Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb.

 Deputat əkin sahələrində aparılan işlərin gedişini izləyib.

Ə.Amaşov həmçinin Sarıcalar kəndin inşa edilmiş elektrik yarımstansiyası ilə tanış olub, Mədəniyyət Evinin tikintisi ilə maraqlanıb.






Mia.az


SON XƏBƏRLƏR