Pakistanda xüsusi əməliyyat – 100-dən çox silahlı məhv edildi

img

17-02-2017 [20:53]


Pakistanın güc strukturların keçirdiyi xüsusi əməliyyat nəticəsində 100-dən çox silahlı məhv edilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti açıqlama yayıb.

"Sind əyalətində törədilmiş terror aktından sonra son sutka ərzində 100-dən çox terrorçu məhv edilib, çox sayda saxlanılanlar var”, məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın cənubunda yerləşən Sind əyalətində məsciddə törədilmiş terror aktı nəticəsində  88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb..

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR