Gürcüstanın 2 seçki dairəsində təkrar seçki - Nəticə açıqlandı, namizədlərdən heç kim qalıb olmadı

img

23-10-2016 [14:49]


Oktyabrın 22-də Gürcüstanın 2 seçki dairəsinin 4 məntəqəsində parlamentə təkrar seçkilər keçirilib. Namizədlərin heç biri lazım olan səsləri qazana bilməyib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin dairələrdə də seçkilərin ikinci turu keçiriləcək.

İkinci turda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı 36 saylı dairədən azərbaycanlı Əhməd İmamquliyev də mübarizəni davam etdirəcək. Birinci turda onun rəqibi Tamaz Naveriani olub. Əhməd İmamquliyev 1-ci turda səslərin 47,91 faizini, Naveriani isə 43,41 faizini toplayıb.

Qeyd edək ki, Gürcüstan parlamentinə oktyabrın 8-də keçirilmiş parlament seçkilərində 50 seçki dairəsində majoritar sistem üzrə namizədlər səslərin 50+1 faizini toplaya bilməmişdi. İki dairənin 4 məntəqəsində isə səsvermənin nəticələri ləğv edilmişdi. Gürcüstan Mərkəzi Seçki Komissiyası bunu nəzərə alaraq həmin dairələrdə təkrar səsvermənin və ikinci turun keçirilməsi barədə qərar qəbul edib. Təkrar seçkilərdə də namizədlər lazım olan səsi toplaya bilməyiblər.

MSK-dan bildiriblər ki, ikinci turda namizədlər adi səs çoxluğu ilə seçiləcəklər. Birinci turda hər bir namizəd 50+1 faiz səs qazanmalı idi. İkinci turda isə namizədlər sadə səs çoxluğu qazandığı halda deputat seçiləcəklər.

İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd iştirak edəcək. İkinci tur majoritar sistem üzrə 50 dairədə oktyabrın 30-da keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR