Generalın xidməti maşını yağışlı gündə xarab oldu, evakuator apardı – Fotolar

img

17-10-2016 [22:13]


İki gündür aramsız yağan yağış Bakıda bir sıra problemlərə səbəb olub. Çətin hava şəraitində ən ağır yük yol polislərinin üzərinə düşüb.

DYP əməkdaşları şəhər nəqliyyatında yaranan sıxlığa yardım etmək üçün yağış altında xidmət aparmalı olublar. 

Mia.az xəbər verir ki, bu arada yüksək rütbəli polis məmurları da çətin vəziyyətə düşüb. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general Həsən Şirinovun 10 AA 103 dövlət nömrə nişanlı avtomobilində nasazlıq yaranıb. Bu səbəbdən də maşını servisə aparmaq üçün evakuatora qaldırılıb. 

Əməkdaşımız həmin avtomobilin evakuatorda aparılarkən fotolarını lentə alıb.






Digər xəbərlər
SON XƏBƏRLƏR