Gömrükdə həbslərə start verildi – Generalların qarşıdurması qızışdı - ÖZƏL
GÜNDƏM
18.06.2015, 10:57
Bu ilin mart ayından etibarən, Dövlət Gömrük Komitəsində güc balansı ciddi şəkildə dəyişməyə başlayıb, daxili qarşıdurma şiddətlənib. Bu proses isə aprelin ortalarından daha kəskin xarakter alıb. Nəticədə komitə sədrinin birinci müavini Səfər Mehdiyev kəskin danlanıb, komitədəki mövqelərini itirib. Hətta onun istefa ərizəsinin alındığı haqda da xəbərlər yayılıb. İddia olunur ki, olimpiya oyunlarından sonra Səfər Mehdiyevlə bağlı qərar rəsmiləşəcək.
Əsəbi keçən üzləşmə, gərilən ortam və itirilən mövqe…
Mia.az xəbər verir ki, Səfər Mehdiyev gömrükdə əslən Nehrəmdən olan bir sıra vəzifəli şəxslərin himayəçisi olub. Lakin eyni kənddən olmalarına baxmayraq, onunla əsasən Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzovun münasibətləri soyuq olub. Daha dəqiqi, gömrüyün "Boz kordinal”ı sayılan S.Mehdiyevlə Vüsal Novruzov heç vaxt yola getməyiblər:
«Maraqlı məsələdir ki, Səfər Mehdiyevin nazir Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçən və əsəblərin sonsuz gərildiyi deyilən toplantıda kəskin şəkildə danlanmasını da, məhz həmkəndlisinin «xidməti» ilə bağlayanlar az deyil».

Həmin qeyri-rəsmi toplantının nədən məhz Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilməsi və Səfər Mehdiyevin niyə gərgin vəziyyətə salınması haqda məlumatlara hələlik toxunmadan qeyd edək ki, məhz bu toplantıdan sonra Səfər Mehdiyevə yaxın olan gömrükdəki bəzi nehrəmli idarə rəisləri ilə bağlı kəskin qərar verilib:
Kimlər və niyə vəzifəsini itirdi?
«Məhz bu qərar əsasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev üç idarə rəisinin işdən çıxarılması barədə əmr verdi. Vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləri idi. Çıxarılanların yerinə təyinat alanlardan biri isə keçmiş təhsil naziri Misir Mərdanovun kürəkəni, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov olub. O, Xaçmaz Gömrük İdarəsinə rəis təyin olunub. Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə rəis təyin edilib. Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsini icra edəcəklər.
Məlumat üçün bildirək ki, İlqar Abdullayev isə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.

Səfər MEHDİYEV
Qeyd edək ki, Astara Gömrük İdarəsinin rəisi Ədalət Hüseynəliyev, Xaçmaz Gömrük İdarəsinin rəisi Elçin Quliyev və Biləsuvar Gömrük İdarəsinin rəisi Sahib Axundovun bu təyinatlardan sonra da vəzifəsiz qalması cəmiyyətdə böyük maraq doğurmuşdu. Nədən ki, hər üç idarə rəisinin eyni kənddən – Naxçıvanın Nehrəm kəndində olması və bu kəndin iki sakininin komitədə sədr müavini, birinin isə Bakı Baş Gömrük İdarəsinin rəisi olması faktoru cəmiyyətdə haqlı suallar doğurmuşdu. Ancaq görünən odur ki, bu idarə rəislərinin vəzifələrindən azad olunması ilə aprel ayında Kəmaləddin Heydərovun rəhbərliyi altında keçirilən toplantı arasında ciddi əlaqə var. Təsadüfi deyil ki, həmin toplantıdan sonra Səfər Mehdiyevin vəziyyətində müsbətə doğru heç nə dəyişməyib. Əksinə, vəziyyət bir qədər də qaranlıq və gərgin xarakter almağa başlayıb. Çünki artıq gömrükdə yeni həbslərə start veriblər».
Saxlanılan idarə rəisi ilə gömrük generallarını nələr bağlayır?
Mia.az-a daxil olan qeyri-rəsmi məlumata görə, diqqətin olimpiadada olduğu bir ərəfədə işdən çıxarılan rəislərdən biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan gömrük rəisinin kimliyi bizə məlumdur. Lakin rəsmi qurumlardan dünəndən rəsmi təsdiq cavabı ala bilmədiyimizdən hələki adını yazmırıq.
Məlumatda o da bildirilir ki, idarə rəisinin yaxınları qəfil və məlumatsız saxlanılma olayından həddən artıq narahat olmağa başlayıblar. Hətta bununla bağlı nehrəmli gömrük generallarından məlumat almağa cəhd olunduğu ida ddia olunur. Ancaq gömrük generalları da həmkəndlilərinin həbsini susqunluqla qarşılayırlar…

Şirkətlərin mühasibi komitə sədri postuna hazırlanır?
Məlumatlı şəxs deyir ki, son 6 ayda gömrükdən büdcəyə daxilolmaların ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı olması da, bu sahədə yaxınlarda geniş «təlatümlər»in baş verəcəyini yol açıb:
«Gömrük orqanlarında gəzən söhbətləri nəzərə alsaq, parlament seçkilərinə qədər Dövlət Gömrük Komitəsində çox ciddi dəyişikliklərin aparılacağı qaçılmaz olacaq. Bu zaman isə gömrüyün sədri Aydın Əliyevin də vəzifəsindən getməsi gündəmə gətiriləcək. Əgər hazırkı plan və vəziyyət indiki şərtlərlə davam edərsə və Kəmaləddin Heydərovun iqtidardakı mövqeyində ciddi dəyişiklik olmazsa, o zaman Aydın Əliyevin yerinə Səfər Mehdiyevin "torbasını tikən" nehrəmli generalın gətirilməsi haqda deyilənlər ciddiləşəcək. Məntiq və proses də bunu deyir. Görünür, şirkətlərinin mühasibatlığını aparan gömrük generalına Kəmaləddin Heydərovun etimadı həqiqətən də sonsuzdur... ».
Kəmaləddin Heydərova məxsus olan 100-lərlə labirintsayağı şirkətlərin hesabatına kimin cavabdeh olması və bu şirkətlərə məsul şəxslərin Mərkəzi Bankın 21 fevral qərarı (devalvasiya) ərəfəsində tutduğu stabil mövqe ilə niyə öyünmələri isə digər mövzumuzun söhbətidir. Bununla bağlı ətraflı araşdırmamız yaxın günlərdə təqdim ediləcək.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Muxtar Babayev BMT Baş katibi postuna namizədlə bir araya gəldi - AÇIQLAMA
Bugün, 00:06 GÜNDƏM
-
“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi
Bugün, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Leyla Əliyeva Bakıda toyda - VİDEO
23.05.2026, 23:50 MƏDƏNİYYƏT
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
23.05.2026, 23:33 GÜNDƏM
-
Sabiq nazirin 700 minlik evinin hərraca çıxarılacağı tarix bəlli oldu
23.05.2026, 20:38 İQTİSADİYYAT
-
Türkiyədə bələdiyyə sədri güllələndi - Ayağından...(FOTOLAR)
23.05.2026, 20:18 KRİMİNAL
-
ADY 25 dəqiqəlik yol üçün 58 manat pulu "tutdu", ancaq bilet vermədi - "ADY "Sistem xətasıdır" deyir"
23.05.2026, 20:07 İQTİSADİYYAT
-
PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşdü - Nələr müzakirə edilib?
23.05.2026, 19:27 SİYASƏT
-
BAKI-TBİLİSİ QATARINA BİLET 125 MANATA QALXDI: "Qiymətləri belə qaldırmaq yolverilməzdir" (FOTOFAKTLAR)
23.05.2026, 19:16 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
23.05.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
23.05.2026, 16:26 GÜNDƏM
-
Milli Dram Teatrının zirzəmisini su basıb - VİDEO
23.05.2026, 16:09 MƏDƏNİYYƏT
-
Özgür Özəl deputat fraksiyasının sədri seçilib
23.05.2026, 15:46 DÜNYA
-
Sabah hava necə olacaq? - Proqnoz
23.05.2026, 15:06 CƏMİYYƏT
-
Bakı-Tiflis qatarına ilk bileti alan ADY-nin öz əməkdaşıdır? – AÇIQLAMA + VİDEO (YENİLƏNİB)
23.05.2026, 14:08 GÜNDƏM
-
Qadınlar haqqında qalmaqallı söz deyən rektorun keçmiş xanımı sualdan qaçdı
23.05.2026, 12:08 SİYASƏT
-
Rəsmi Bakı Çinə başsağlığı verdi: "Faciəvi partlayışdan dərindən kədərlənirik"
23.05.2026, 10:46 GÜNDƏM
-
DÇ-2026-da matçlar "ağıllı toplar"la oynanılacaq: "14 qramlıq sensor və..."
23.05.2026, 10:44 İDMAN
-
Kılıcdaroğlu ilə Özgür Özəl yeni qurultaya razılaşdı: "Heç bir güzəşt olmayacaq" - CHP nə vaxt toplanacaq?
23.05.2026, 10:32 SİYASƏT
-
TƏBİB-in 20 milyon manatlıq yeni sövdələşməsi - “Zeytun Pharmaceuticals” kimin şirkətidir?
23.05.2026, 10:16 İQTİSADİYYAT
-
Komitə sədri ADSEA-ya "yükləndi": "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, yeyintilərə, korrupsiyaya yol verilir"
23.05.2026, 10:05 CƏMİYYƏT
-
Lerik sakinləri “Azərişıq” ASC-ni məhkəmədə uddu - Maddi zərər ödəniləcək
23.05.2026, 10:05 CƏMİYYƏT
-
Deputatdan rektora etiraz: "Qadın niyə evdə oturmalıdır, məgər biz Ərəbistanda yaşayırıq?"
23.05.2026, 09:50 SİYASƏT
-
Sənan Əsədzadə xaricdə saxlanılıb
23.05.2026, 09:45 KRİMİNAL
-
103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı - MƏTN
23.05.2026, 00:20 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23.05.2026, 00:07 MƏDƏNİYYƏT
-
Müğənni Sıla Gençoğlu izləyicilərini təəccübləndirdi - FOTO
22.05.2026, 23:23 ŞOU-BİZNES
-
Ekologiyanın “boz kardinal”ı: Vüqar Kərimova ağır ittihamlar...
22.05.2026, 23:05 GÜNDƏM
-
Özgür Özəl İYİ partiya lideriylə bir arada: “Kılıçdaroğluna zəng etdim, telefonu bağlı idi” (VİDEO)
22.05.2026, 21:21 GÜNDƏM
-
Kim Çen In İlham Əliyevə məktub ünvanlayıb
22.05.2026, 21:12 GÜNDƏM
-
YSK məhkəmənin qərarını təsdiqlədi - Özgür Özelin "kitabı"nı bağladılar
22.05.2026, 20:53 SİYASƏT
-
Mayın 25-dək hava qeyri-sabit davam edəcək - Xəbərdarlıq
22.05.2026, 20:53 GÜNDƏM
-
Dövlət katibi: “İranla danışıqların yaxşı gedir, lakin…”
22.05.2026, 18:20 DÜNYA