Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi

Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi

İDMAN

06.02.2026, 12:57

"Beşiktaş" mövsümün ikinci yarısı üçün transfer siyasətini gücləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  istanbul klubu bu dəfə "Vulverhempton"un 28 yaşlı mərkəz müdafiəçisi Emmanuel Agbadou ilə anlaşıb.

Məlumata görə, futbolçu bu gün İstanbula gəlib.

O, "Beşiktaş"a gəldiyi üçün özünü xoşbəxt saydığını deyib: "Burada olduğum üçün çox xoşbəxtəm. Göstərilən sevgiyə görə hər kəsə təşəkkür edirəm. Meydanda bütün gücümü sərf edəcəyəm"

Xəbərə görə, o, bu gün tibbi müayinədən keçdkdən sonra 2 illik müqaviləyə imza atacaq.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR