Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərib - MƏTN
SİYASƏT
15.03.2025, 16:10
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir.
Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.
Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Erməni milliyyətli sakinlərin böyük əksəriyyəti könüllü olaraq köçmək qərarına gəlmişlər və Azərbaycan hələ də onların hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir.
Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 GÜNDƏM
-
Naxçıvanda Qərbi Azərbaycana qayıdış üzrə üçüncü festival-konrqes keçirilib - FOTOLAR
20.06.2026, 23:17 SİYASƏT
-
DÇ-2026: Niderland millisi İsveçi darmadağın edib
20.06.2026, 23:05 İDMAN
-
Rəşad Sadıqov "Turan Tovuz"a cavab verdi: "Əgər avrokubokdan imtina etsəydik, UEFA "Zirə"ni də cəzalandıracaqdı"
20.06.2026, 21:51 İDMAN
-
Qazaxa iri dolu yağdı: işıqlar kəsildi, maşınlara zərər dəydi - VİDEO
20.06.2026, 21:37 CƏMİYYƏT
-
İran "Hörmüz boğazını bağladıq" deyir - ABŞ danışıqlar üçün tarix açıqladı
20.06.2026, 19:07 GÜNDƏM
-
İordaniya parlamentinin sədri Azərbaycana gəlib
20.06.2026, 18:06 GÜNDƏM
-
Nazir Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı - VİDEO, FOTOLAR
20.06.2026, 16:12 CƏMİYYƏT
-
TƏBİB-in daha bir "ağır top"u" yola salındı - Yeni icraçı direktor sələfi ilə işləmək istəmədi
20.06.2026, 14:57 GÜNDƏM
-
Nazir plastik cərrahı direktor təyin etdi
20.06.2026, 13:31 GÜNDƏM
-
Azərbaycandan tranzit keçməklə Ermənistana 490 ton buğda göndərilib
20.06.2026, 13:04 İQTİSADİYYAT
-
“Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO
20.06.2026, 12:15 CƏMİYYƏT
-
İnam Kərimov Qazaxıstanda - Vahid Məlumat Platforması yaradacaq
20.06.2026, 11:28 SİYASƏT
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs... - Baş Prokurorluq məlumat yaydı
20.06.2026, 10:51 KRİMİNAL
-
Azərbaycan nefti bahalaşdı - 3 dollar
20.06.2026, 10:01 İQTİSADİYYAT
-
DÇ-2026: bir qol, bir qırmızı kart... - Türkiyə yığması yarışla vidalaşdı
20.06.2026, 09:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20.06.2026, 00:03 CƏMİYYƏT
-
Tramp Venesuelanı ABŞ-ın ərazisinə qatmaq istəyir: “Ora qubernator təyin edəcəyəm”
19.06.2026, 21:16 GÜNDƏM
-
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
19.06.2026, 19:40 GÜNDƏM
-
Paraqvayın baş məşqçisi: “Bu oyun həm Türkiyə, həm də bizim üçün həlledicidir”
19.06.2026, 19:11 İDMAN
-
İran XİN: “ABŞ heyəti ilə görüş yaxın günlərdə olacaq”
19.06.2026, 18:43 DÜNYA
-
Türkiyə millisinin futbolçusu elə şey etdi ki… - FOTO
19.06.2026, 18:18 ŞOU-BİZNES
-
Balakən Gömrük İdarəsinin rəisi vəzifədən azad edilib
19.06.2026, 18:01 CƏMİYYƏT
-
İsrail və Hizbullah atəşkəs barədə razılığa gəldi - ABŞ, İran və QƏtərin birgə səyləri ilə...
19.06.2026, 17:45 GÜNDƏM
-
GDU-da “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib - FOTOLAR
19.06.2026, 17:45 CƏMİYYƏT
-
Baş nazir “yalvardı” deyən Trampa çox sərt cavab verdi: “Mən və İtaliya heç vaxt yalvarmaz” – XİN başçısı səfəri ləğv etdi
19.06.2026, 17:37 GÜNDƏM
-
Ceyhun Bayramov Almaniya səfirini qəbul edib - Açıqlama + FOTOLAR
19.06.2026, 17:29 SİYASƏT
-
BAŞ NAZİR ADSEA HAQDA QƏRAR VERDİ - "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı"nın nizamnamələri təsdiqləndi
19.06.2026, 17:22 GÜNDƏM
-
ABŞ-İsrail arasında gərginlik böyüyür - "Heç kim bizə nə etməli olduğumuzu deyə bilməz"
19.06.2026, 17:16 DÜNYA
-
ARDNF-nin İcraçı direktoru İtaliyada Forumda iştirak edib
19.06.2026, 17:07 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
19.06.2026, 17:00 İQTİSADİYYAT
-
Rusiya MN-dən Ukraynaya ittiham: “Zaporojye Atom Elektrik Stansiyasına hücum olub”
19.06.2026, 16:53 DÜNYA
-
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
19.06.2026, 16:50 İQTİSADİYYAT
-
ABŞ vitse-prezidenti İsrailə “təpindi”: "Tel-Əviv hökumətində olsaydım..."
19.06.2026, 16:39 DÜNYA