Azərbaycan çempionuna 4 illik qadağa qoyuldu

Azərbaycan çempionuna 4 illik qadağa qoyuldu

İDMAN

14.10.2024, 09:58

Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

AMADA-nın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR