Ramsey 35 yaşında futbolla vidalaşdı

Ramsey 35 yaşında futbolla vidalaşdı

İDMAN

Bugün, 22:08

Uelsli yarımmüdafiəçi Aaron Ramsey peşəkar futbolla vidalaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə 35 yaşlı futbolçunun özü açıqlama verib.

Uelsli yarımmüdafiəçi bildiirb ki, artıq aktiv futbolla vidalaşmağın zamanıdır: “Asan deyil. Lakin uzun müddət düşündükdən sonra yaşıl meydanda aktiv futbola vda etməyə qərar verdim”.

Xatırladaq ki, peşəkar karyerasına “Kardiff Siti”də başlayan Ramsey “Arsenal”, ”Nottingem Forest”, “Yuventus”, “Reyncers” və sair məşhur komandalarda forma geyinib.

Onu da qeyd edək ki, Ramsey 2019-2020 mövsümündə “Yuventus”un heyətində İtaliya Seriya A çempionluğunu qazanıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR