Yasamalda yol çöküb - Video

Yasamalda yol çöküb - Video

CƏMİYYƏT

Bugün, 18:01

Paytaxtın Yasamal rayonunda torpaq qatı çöküb, təhlükəli vəziyyət yaranıb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Abdulla Şaiq küçəsi, Süleyman Tağızadə küçəsi və Nəriman Nərimanov prospektinin kəsişdiyi ərazidəndir.
Kadrlardan aydın olur ki, asfalt örtüyü boyunca bir neçə nöqtədə dərin yarıqlar və boşluqlar yaranıb.
Sakinlər iddia edirlər  ki, "Alyans" MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış kompleksinin tikintisi zamanı ərazidəki asfalt örtüyü yararsız hala düşüb. Bu isə piyadalar üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı "Alians Development" MMC-nin satış ofisinə sorğu ünvanlasaq da, tikinti şirkəti məsələyə münasibət bildirməkdən imtina etdi.
Məsələ ilə bağlı yasamal icra hakimiyyətindən qeyd olundu ki, hadisə barədə məlumatları var. aidiyyatı üzrə Fövqəladə hallar nazirliyinə müraciət edilib.
Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki,  son günlər yağan intensiv yağışlar nəticəsində ərazidə torpaq qatında aktivləşmə müşahidə edilib. Hadisədən sonra ərazi lentlənib, təhlükəsizlik tədbirləri gücləndirilib. O da bildirildi ki, Binanın dayanıqlığına təhlükə yoxdur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR