“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
İDMAN
07.04.2026, 12:37
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçından sonra qalmaqallı açıqlaması ilə gündəmə gələn Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevi ağır cəza gözləyir.
Mia.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı qərarın qarşıdakı günlərdə AFFA İntizam Komitəsi tərəfindən açıqlanacağı bildirilir.
Məlumata görə, klub rəhbərinin məlum açıqlamasında “azarkeşlərin səssiz qalmasını istəmirəm” cümləsini işlətməsi AFFA rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Onun bu sitatı sabitliyi pozmağa cəhd kimi qiymətləndirilib.
Düzdür, Ehtiram Quliyevin qalmaqallı hakim qərarları ilə yadda qalan qarşılaşmadan dərhal sonra verdiyi açıqlama emosionallıqdan irəli gəlirdi. Tovuz futbolunun dirçəlməsi üçün ciddi yatırımlar edən iş adamını bu mənada başa düşmək də olardı. Lakin E.Quliyevin həddindən artıq emosionallığı nəticəsində verdiyi açıqlamadakı bəzi nüanslar qəbuledilməz hesab olunub.
Nəzərə alaq ki, AFFA artıq Ehtiram Quliyevin açıqlamasına səbəb olan hakim səhvlərini qəbul edib və bunu ötən gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun dili ilə açıqlayıb. Ötən gün də Teleqraf qarşılaşmada iki penalti epizodunda fiti susan Əliyar Ağayevin 5 oyunluq cəzalandırıldığına dair xəbəri də oxucularına çatdırıb.
AFFA-nın atacağı növbəti addımın isə klub rəhbərinin cəzalandırılmasına dair olacağı gözlənilir.
Qeyd edək ki, “Turan Tovuz” 2025-ci ilin aprelində “Şamaxı” ilə oyunun təşkili ilə bağlı bəyanat yaymış, VAR olmadığı halda oyunun şəffaf şəkildə keçiriləcəyinə şübhə etdiklərini bildirmişdi. Klubun bu bəyanatı İntizam Komitəsi tərəfindən AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsi kimi qiymətləndirilmiş, nəticədə Tovuz təmsilçisini 20 min manat cərimələmişdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Bugün, 15:00 GÜNDƏM
-
Rəsmi Tehran atəşkəslə bağlı Trampa cavab verdi: “...hərəkətə keçəcəyik”
Bugün, 14:49 GÜNDƏM
-
İRAN QISAS HÜCUMUNA KEÇDİ: 4 gəmi vuruldu, iki gəmi ələ keçirildi - SEPAH meydan oxuyur (Yenilənib)
Bugün, 14:36 GÜNDƏM
-
İlham Əliyev Latviya prezidenti ilə görüşdü, yeni sənədlər imzalandı, bəyanat verildi - FOTOLAR (Yenilənib)
Bugün, 14:30 GÜNDƏM
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 14:25 GÜNDƏM
-
"Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib - FOTOLAR
Bugün, 14:23 GÜNDƏM
-
Rusiya təhlükəsi Azərbaycana yaxınlaşır - Amerika-İran müharibəsi Moskaya fürsət yaradıb (TƏHLİL)
Bugün, 14:15 SİYASƏT
-
RUSİYA BU ÖLKƏYƏ QOŞUN YERİDƏCƏK? - "Moskva lazım gələrsə..."
Bugün, 14:05 SİYASƏT
-
BÖYÜK XƏSTƏXANALARIN "SOLAXAY" RƏHBƏRLƏRİ YOLA SALINDI: növbə kimlərindir? (FOTO, YENİLƏNİB)
Bugün, 13:52 GÜNDƏM
-
Hörmüz boğazında gəmilər atəşə tutulub - AÇIQLAMA
Bugün, 13:29 GÜNDƏM
-
Valideynlər və müəllimər tamamilə tərksilah olunur - “Suka” qanunu
Bugün, 13:08 YAZARLAR
-
"Space"dəki yoxlamaların pərdəarxası... - Televiziyalar birləşir
Bugün, 13:05 PRESS
-
Türkiyədə azərbaycanlı alimin kitabı işıq üzü görüb
Bugün, 12:42 MƏDƏNİYYƏT
-
"Yeni klinika"nın direktoru vəzifədən azad edildi: "Məlumat doğrudur" (YENİLƏNİB)
Bugün, 12:42 GÜNDƏM
-
DAHA BİR NAZİRLİKDƏ KORRUPSİYA: tender müqavilələri şişirdilib və... - 1.1 milyonluq problem...
Bugün, 12:37 İQTİSADİYYAT
-
Sabah yağış yağacaq
Bugün, 12:33 CƏMİYYƏT
-
"Azəriqaz”da növbəti dəyişiklik - Baş direktora müavini təyin olunub (FOTO)
Bugün, 12:27 CƏMİYYƏT
-
YAP onları MSK üzvü görmək istəyir - Namizədlər bəlli oldu (SİYAHI)
Bugün, 12:23 SİYASƏT
-
SOCAR-da yeni təyinat - Şöbə müdiri departament rəhbəri oldu (FOTO)
Bugün, 12:14 İQTİSADİYYAT
-
GÖMRÜYÜN YENİ BİNASININ TİKİNTİSİNDƏ YEYİNTİ OLUB - Rəsmi yoxlama elə faktları ortaya çıxardı ki...
Bugün, 12:09 İQTİSADİYYAT
-
Xankəndiyə yeni rəis təyin olunub
Bugün, 12:00 CƏMİYYƏT
-
İranın BMT-dəki nümayəndəsi: “Blokada qalxarsa…"
Bugün, 11:47 GÜNDƏM
-
Şərur sakini şikayət edir: "Rəsmi şəkildə zərərçəkmiş kimi tanınmışam, sübutlar istintaqa təqdim olunub, lakin..."
Bugün, 11:35 CƏMİYYƏT
-
YAP rayon təşkilatının keçmiş sədri hakim qarşısında: "O videodakı..."
Bugün, 11:25 KRİMİNAL
-
TƏBİB-də yoxlama: nöqsanlar üzə çıxarılıb
Bugün, 11:14 İQTİSADİYYAT
-
Latviya prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Bugün, 11:01 GÜNDƏM
-
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır
Bugün, 10:52 GÜNDƏM
-
Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib - Mənzil mübahisəsi
Bugün, 10:45 CƏMİYYƏT
-
Şahbuzda insan nəcisi örüş sahəsinə boşaldılır - Sakinlər icra başçısını səhlənkarlıqda ittiham edir (VİDEO)
Bugün, 10:20 CƏMİYYƏT
-
Partiya sədrindən Əli Əsədovla bağlə sensasion məqaləyə maraqlı şərh: "Məsələn, Bayıldakı restoranlar…" - VİDEO
Bugün, 10:05 SİYASƏT
-
Latviya prezidenti Azərbaycana rəsmi səfərə gəlib (Yenilənib)
Bugün, 09:57 GÜNDƏM
-
Vəkillər Kollegiyası üzvlüyünə qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Bugün, 09:52 CƏMİYYƏT
-
Türkiyə kuboku: “Fənərbağça” 120+2-də buraxdığı qolla uduzdu, istefa sədaları artdı
Bugün, 09:39 İDMAN
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:37 İQTİSADİYYAT