G7 liderləri İranın İsrailə hücumunu pisləyib - "Gərginliyi azaltmaq üçün..."

G7 liderləri İranın İsrailə hücumunu pisləyib - "Gərginliyi azaltmaq üçün..."

SİYASƏT

15.04.2024, 00:42

G7-yə daxil olan ölkələrin liderləri İranın İsrailə hücumunu qətiyyətlə qınayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel açıqlama verib.

O bildirib ki, video konfrans vasitəsilə toplanan G7 liderləri İranın İsrailə hücumunu pisləyib və bütün tərəfləri təmkinə dəvət edib: "Biz bütün tərəfləri təmkinə çağrırıq. Gərginliyi azaltmaq üçün bütün imkan və səylərimizi davam etdirəcəyik".

Şura sədri qeyd edib ki, məsələ Aİ-nin aprelin 17-18-də keçiriləcək sammitində xüsusi müzakirə olunacaq.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR