Xalq artistinin səhhəti ilə bağlı açıqlama: “Gəzməkdə və danışmaqda çətinlik çəkir"

Xalq artistinin səhhəti ilə bağlı açıqlama: “Gəzməkdə və danışmaqda çətinlik çəkir"

MƏDƏNİYYƏT

05.07.2021, 18:03

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.

O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: “Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğru olar. Hələ ki, vəziyyət stabildir. 10-15 gündən sonra Bakıya qayıdacaq. Bu gün isə ürək həkimi baxmalıdır”.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat edilib. Onun 83 yaşı var.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR