Zakir Həsənovla Hulusi Akar telefonda danışdı: “Ermənistan müharibə cinayətlərini davam etdirir..."

img

17-10-2020 [14:07]


Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Məlumata görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.

H. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA