Jurnalist Sahib İslamov hələ də komadadır - açıqlama

img

13-11-2013 [17:26]


Jurnalist, Avropa.info-nun əməkdaşı Sahib İslamovun sağlıq durumu ağır olaraq qalır.

S.İslamovun qardaşı Aqil İslamovun verdiyi məlumata görə, onun vəziyyəti ilə bağlı hələlik bir irəliləyiş yoxdur. Artıq 13-cü gündür ki, S.İslamov komadadır. A.İslamov deyib ki, bu müddət ərzində onun barmalarının reaksiyası hiss olunub. 

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Acınacaqlıdır ki, jurnalistin durumu ilə bağlı jurnalist təşkilatlarının heç biri bu günədək onunla maraqlanmayıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR