Messi xadiməni işsiz qoyub

img

07-08-2023 [09:24]


Lionel Messinin top qovduğu "İnter Mayami"nin stadionunda çalışan Kristian Salamanka ulduz futbolçudan avtoqraf aldıqdan sonra işini itirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, stadionda təmizlik işlərinə baxan Salamanka Messiyə yaxınlaşaraq "Ey, dünya çempionu" deyə xitab edərək ondan avtoqraf istəyib.

Məlumata görə, klub rəhbərliyini qəzəbləndirən  əsas məqam isə xadimənin Argentina komandasının formasını ona uzadıb imzalatması olub: "Messi onun xahişinə əməl edərık, formanı imzalayb. Lakin bundan dərhal sonra stadionun mühafizəsi Salamankanı işdən çıxarıb. Bu barədə yerli mətbuata açıqlama verən Salamanka faktı təsdiqləyib və deyib: Ancaq Messiylə o an üçün dəyərdi".

Xatırladaq ki, klub rəhbərliyi işçilərə Messi ilə şəkil çəkdirməyə və ya avoqraf almağa qadağa qoyub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq