İlyas İsmayılov Qarabağ ermənilərinə müraciət etdi
29-09-2020 [12:08]
“Dağlıq Qarabağın yerli erməni sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır. Əzəli torpaqlarımız işğal olunduğu kimi, ordakı vətəndaşlarımız da 30 ildir ki, Ermənistan Silahlı Qüvvələrinin əsarətində yaşayırlar”.
Mia.az Ovqat.com-a istinadla xəbər verir ki, bu sözləri Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bölgədə gedən son döyüşləri şərh edərkən deyib.
Partiya sədrinin fikrincə, Azərbaycan ordusunun işğalçılara qarşı apardığı mübarizə həm də erməni vətəndaşlarımızı əsarətdən qurtarmaq məqsədi daşıyır və ən çox onların mənafeyinə qulluq edir: “Sirr deyil ki, erməni işğalı məruz qalandan bəri bu bölgə bütün dünyadan təcrid olunub və ordakı vətəndaşlarımız Azərbaycanın iqtisadi və siyasi uğurlarından faydalana bilmirlər. Mən uzun illər Azərbaycanın müxtəlif dövlət orqanlarının rəhbəri olmuşam və Dağlıq Qarabağdakı inzibati strukturlarda çalışan ermənilərlə vaxtaşırı əlaqə saxlamışam. Onlar da erməni fitnəsinə qarşı çıxır və Azərbaycana sədaqət nümayiş etdirirdilər. Hətta Xocalı aeroportunun rəhbəri məhz bu mövqeyinə görə erməni separatçılarının terroruna məruz qalmış, ailəsi ilə birlikdə qətlə yetirilmişdi. Mən həmişə o ailəni müqəddəs torpaqlarımız uğrunda apardığımız mübarizənin ilk şəhidlərindən sayıram və hesab edirəm ki, onlar indiyədək öz fədakarlıqlarının layiqli qiymətini ala bilməyiblər. Məhz bu səbəbdən də Dağlıq Qarabağdakı erməni vətəndaşlarımız separatizmin zülmünə boyun əyməli olublar. Rəsmi Bakıdan bu faktı araşdırıb həmin ailəyə şəhidlik statusu verməsini arzulayıram. Heç kimin haqqı yerdə qalmamalıdır”.
İlyas İsmayılov Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı döyüşlərdə mülki vətəndaş-hərbçi ayrımı etməsini yüksək qiymətləndirir və bunun erməni vətəndaşlarımız üçün gözəl mesaj olduğunu düşünür: “İstər Ermənistan, istərsə də Rusiya mətbuatından bölgədə aparılan antiterror əməliyyatlarını izləyirəm. Erməni rəsmilərinin özləri də etiraf edirlər ki, Azərbaycan əsgərinin yeganə hədəfi hərbi birləşmələrdir. Təsadüfi deyil ki, rəsmi İrəvanın etirafına görə, döyüşlərdə 100-ə yaxın hərbi qulluqçusunu itirib. Mülki itkiləri isə cəmi 2-3 nəfərdir. Onlar da yəqin əsgərlərə yardım göstərərkən öldürülüblər”.
Partiya sədri Dağlıq Qarabağdakı əsir vətəndaşlarımıza konflikt başlamamışdan əvvəlki günləri xatırladaraq bildirib ki, o zaman ermənilər nəinki həmin vilayətdə, hətta Bakının özündə belə gözəl həyat sürürdülər: “Azərbaycanın iqtisadi və siyasi həyatında ən mühüm yer tutan bu insanlar erməni şovinistlərin başlatdığı təxribatın qurbanına çevrildilər. Konfliktdə fərd olaraq ən çox itirən də onlar oldu. Bu gün belə erməni şovinizmi Dağlıq Qarabağdakı vətəndaşlarımıza ən böyük zərbəni vurmaqdadır. Azərbaycan “Madrid prinsipləri”nə uyğun olaraq, Dağlıq Qarabağ ətrafındakı ərazilərin sülh yolu ilə qaytarılması müqabilində vilayətin muxtar statusunu tanıyacağını bəyan edir. Erməni şovinizminin maksimalist mövqeyi nəticəsində bu xoş niyyət öz bəhrəsini vermir və ordumuz indi həmin bölgədə dövlət suverenliyini silahlı yolla bərpa etmək əzmindədir. Nəticədə erməni vətəndaşlarımızı öz məkrli niyyətlərinin qurbanına çevirən şovinistlər onları yerindən-yurdundan didərgin salmağa çalışır”.
İlyas İsmayılov məhz bu amilləri nəzərə alıb Dağlıq Qarabağdakı erməni vətəndaşlarımıza rasional düşünməyə və separatizmə qarşı mübarizədə öz dövlətinə yardım etməyə çağırır.
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb