Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunları döyüş hazırlığında - VİDEO

img

26-09-2020 [14:38]


Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, həyacan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR