Zəmanənin nəbzini tutan “Fırıldaq”

img

08-11-2013 [13:00]


Hər gün 2-3 dəfə baksell nömrəsindən telefonuma gələn məsaclara baxarkən indiki durumda olan vətəndaşlarımızın niyə beləpis vəziyyətdə yaşadıqlarından gileyləndiklərini düşünürdüm. 

Yeni yeni iş və yüksək əməkhaqqı təklifləri məndə maraq oyatdıgından araşdırmagı qərara aldım. Deyilən kodu daxıl edib məsac göndərdim.Yarım saat sonra mənim tel zəng edərək Bakı şəhərində yerləşən bir ofisə dəvət etdilər.Düşündüm nə yaxşı həmən işə dəvət etdilər.Deyilən ünvana gələndə gördüm ki ,işə düzəltmə birosu adıyla fəaliyyət göstərən bir ofisdir.Bir otaqda 4 masa arxasında əyləşən işçılər vətəndaşları qəbul edirlər.Məndə telefonuma zəng edən oglanın adını söylədim və mənə 4-cü masanı gözləməyi söylədilər.30 dəqiqə gözlədikdən sonra növbə mənə çatdı və məndə keçib əyləşdim bir cavan oglanın qarşısında. Mənə 3-4sual verəndən sonra blankı doldurub 20 manat ödəməyi söylədi.Soruşdum nə vaxt işə çıxacam: bizə iş adamları müraciət edir, işçi axtarır ,sizin ixtisasa uygun lazım olanda siə zəng edib çagıracagıq. Göndaərdiyimiz işin maaşının 10% -də göndəriş yazanda əvvəlcədən ödəyəcəksiniz deyərək məni inandırmaga çalışdı. Masanın üstünə qoyduğum 20 manata görə qəbz istəyəndə özünü biraz narahat hiss etməyə başladı və mənə: İstəmirsinizsə vaxtımızı almayın deyə doldurdugum blankı mənə uzatdı. Nə qədər vətəndaşlarımızın ən kövrək hisləri ilə oynayıb onların son ümidlərindən belə məharətlə istifadə edən belə firmalar var.Bu basell operatoru görəsən bunların fırıldagını bilmirmi və belə fırıldaqçılara görə öz reytinqlərini itirmirlərmi.Bu hələ sizin cibinizə gələn fırıldaqlardan biri idi . 
Sübhan Arifoğlu "Zaman və Biz" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR