İTV-nin rəhbərliyində növbəti kadr dəyişikliyi

img

21-11-2013 [16:53]


İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr dəyişikliyi olub. MİA-nln lent.az-a istinadən məlumatına görə, televiziyanın proqram direktoru  Fuad Vəlixanov vəzifəsindən azad olunub. Onun yerinə İctimai Radionun proqram direktoru Abbas Rüstəmov təyin edilib. Radiodakı proqram direktoru vəzifəsinə isə təyinat olmayıb. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi  F. Vəlixanov AzTV və Lider TV-də departament rəhbəri olub.  ANS teleradio şirkətində baş direktorun televiziya üzrə müavini işləyib. Cəmil Quliyev İTV-yə baş direktor seçildikdən sonra, F. Vəlixanov adıçəkilən kanala proqram direktoru təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA