Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxub

img

19-09-2020 [10:29]


Gürcüstanda son sutkada koronavirusa 187 yeni yoluxma halı qeydə alınıb, 46 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 3 306-ya, sağalanların sayı isə 1 481-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda ölkə üzrə 5 014 nəfər karantində, 836 nəfər isə stasionar nəzarətdə saxlanılır./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq