Xaçmazda şok olay: kürəkən qayınana və qayınatasını güllələyərək öldürdü

img

18-09-2020 [10:25]


Xaçmaz rayonununda qətl hadisəsi baş verib.

Məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.

1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə  yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi  yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun da həyatınıp xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR