GUAM çərçivəsində bir sıra sənədlər imzalanacaq

img

10-09-2020 [13:35]


Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatının (GUAM) üzv ölkələri arasında ticarət və gömrük əməkdaşlığına dair bir sıra sənədlər, habelə yeni Konsulluq Konvensiyası imzalanacaq.

Bu barədə Təşkilatın baş katibi Altay Əfəndiyev bildirib.

Bununla yanaşı, GUAM ilə Birləşmiş Millətlər Narkotiklər və Cinayətkarlıq Ofisi (UNODC) və Dəmir Yollarının Əməkdaşlıq Təşkilatı (OSJD) arasında əməkdaşlıq memorandumlarının, həmçinin İsraillə əməkdaşlıq proqramının da imzalanmaq üçün hazırlandığı qeyd olunub.

Xatırladaq ki, 2006-cı il mayın 23-də Kiyev şəhərində təsis olunmuş Demokraiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM) adlı regional beynəlxalq təşkilatın üzv ölkələri Azərbaycan, Gürcüstan, Moldova, Ukraynadır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR