Meşədə öldürülən 23 yaşlı proqramçı gürcü qızın anası Azərbaycan və Türkiyədən kömək istədi -  Nələr baş verir?

img

03-09-2020 [19:47]


Tbilisi Şəhər Məhkəməsində 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin hakimin iştirakı ilə dindirilməsi başa çatıb.

Mia.az “Report”a istinadla xəbər verir ki, ailənin vəkili Mixeil Ramişvili qadının bütün suallara hərtərəfli cavab verdiyini bildirib.

Onun sözlərinə görə, sorğu-sual zamanı T.Tamazaşvilinin Gürcüstanın üç yüksək vəzifəli şəxsinin Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı bəyanatına dair suallar verilib.

Vəkil deyib ki, T.Baçaliaşvilidə bu məsələ ilə bağlı bəzi informasiyalar olub və bu barədə anasına danışıb, lakin silah barəsində konkret söhbət olmayıb: “Tamar anası ilə bəzi detallar barədə danışıb, lakin silah haqqında konkret nəsə deməyib. Tamar hər hansı bir gərginliyin ola biləcəyini və çox şey bildiyini söyləyib”. 

***

Gürcüstanda ötən ay avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.

Mia.az “Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.

M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.

T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkarrlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözlərinin yazıldığı plakat tutublar. 

T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR