Gürcüstanın Mərkəzi Seçki Komissiyası Azərbaycandan müşahidəçilər dəvət edəcək

img

02-09-2020 [13:31]


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) qarşıdan gələn parlament seçkilərini izləmək üçün Azərbaycandan müşahidəçilər dəvət edəcək.

Bu barədə “Report”un yerli bürosuna MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, dəvət Azərbaycan MSK-ya göndəriləcək: “Gürcüstan MSK seçkiləri müşahidə etmək üçün Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin mərkəzi seçki komissiyalarından həmkarlar dəvət edəcək”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Səsvermə ölkə üzrə 3 657 seçki məntəqəsində təşkil olunacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR