"Qarabağ" 4 qol atdı, Qurban Qurbanov danışdı

img

03-11-2013 [20:03]


"Futbol buna görə sevilir. Oyun heç-heçə də başa çata bilərdi, məğlub da ola bilərdik".

Bunu  "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan (4:3) sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, oyunun nəticəsi çox şeydən xəbər verir. Qurbanov rəqib komandanı yüksək qiymətləndirib: "Qəbələ” sübut elədi ki, yaxşı komandadır, futbolçuları topla yaxşı davrana bilir. Hər oyunda 7 qol vurulmur. Bir daha gördük ki, çempionat çox ağırdır, Premyer Liqamıza yaxşı məşqçilər gəlir. Rəqib sona qədər mübarizə apardı, əbəs yerə ilk üçlükdə olmadığını göstərdi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA