Azərbaycan derbisi: Gərgin oyun, son dəqiqədə 3 qol!

img

02-11-2013 [22:09]


Bu gün Topaz Premyer Liqada 12-ci turun növbəti oyunları çərçivəsində iki qarşılaşma baş tutub. Günün ilk oyunu "İnter" "Rəvan"ın arasında keçirilib.

 Qarşılaşma gözlənildiyindən maraqlı keçib. Ev sahibi «İnter» gərgin keçən qarşılaşmadan qalib ayrılıb - 3:2.

 Bu qələbə sayəsində "İnter" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.

 Günün daha böyük maraq həyəcanla gözlənilən oyunu isə Bakıda – «8-ci km qəsəbə stadionu»nunda "Neftçi” ilə "Xəzər Lənkəran” arasında baş tutub.

 Qeyd edək ki, Azərbaycan derbisində bu iki komandanın qarşılaşması yenə xoşagəlməz hadisələrlə müşaiyət olunub. Oyun öncəsi Bakı klubunun azarkeşlərinin qanunsuz hərəkətləri polisin meydançada əməliyyat keçirməsinə səbəb olub.

 Oyuna gəldikdə isə, maçt Bakı klubunun açıq üstünlüyü ilə başa çatıb. «Neftçi» Bahodir Nasimovla 45-ci dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Mahir Şükürov penalti zərbəsini dəqiq yerinə yetirib.

 Oyunun ən dramatik vəziyyət isə son dəqiqələrdə yaşanıb. Son iki dəqiqədə qapılara düz 3 qol vurulub. Ernest Nfor Bakı klubunun 3-cu qoluna imza atıb. Amma onun sevinci çox çəkməyib. Cəmi 1 dəqiqə sonra  Etame Mbilla fərqi azaldıb - 3:1. Çoxları bu hesabla oyunun bitəcəyini gözləsə , oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Flavio «Neftçi»nin daha bir qoluna müəlliflik edib- 4:1. Oyun bu hesabla başa çatıb.

 Bu qələbə sayəsində «Neftçi» liderliyə oyun bir xal üstünlüyü ilə liderliyə yüksəlib. Əgər sabah «Qarabağ»» qələbə qazanarsa, yenidən liderlik kürsüsünə yenidən sahiblənəcək.

 Xatırladaq ki, sabah aşağıdakı komandalar üz-üzə gələcəklər:

 15:00. "Sumqayıt” – AZAL

 17:00. "Qarabağ” – "Qəbələ”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA