Şamaxıda ər-arvadı silahla hədələyən şəxs tutulub

img

19-08-2020 [13:38]


Şamaxı Rayon Polis Şöbəsinə avqustun 18-də Nağaraxana kəndi ərazisində kənd sakini E.Babayevin xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açaraq həmkəndliləri Ə.Cavadovu və onun həyat yoldaşını hədələməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, sərhal polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə E.Babayev saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR