Prezident və hökumət üzvlərii həbs edən qiyamçı hərbçilər Xalqın Xilası Milli Komitəsini yaradıblar

img

19-08-2020 [10:45]


Malidə çevriliş edən hərbçilər Prezident İbrahim Bubakara Keytanı və hökumət üzvlərini həbs etdikdən sonra Xalqın Xilası Milli Komitəsini yaratdıqlarını elan ediblər.

Bu barədə məlumatı Nigeriyanın “Vanqard” qəzeti yayıb.

Milli televiziyada çıxış edən silahlı qüvvələrin qərargah rəisinin müavini İsmayıl Vaqe yeni seçkilərin keçiriləcəyini bildirib.

Qiyamçıların rəhbərləri həmçinin bütün beynəlxalq razılaşmalara əməl edəcəyini vurğulayıblar.

Xatırladaq ki, ötən gün Malidə hərbi qiyam baş verib. Nəticədə hökumət və parlament buraxılıb, prezident isə istefa verib/*Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR