"Ögey ana"nın Ayazı, "Böyük Dayaq"ın Şirzadı, “Ulduz”un Bəxtiyarı, “Nizami”nin Atabəyi... - Kino tariximizin parlaq siması Hacımurad Yegizarov kimdir?
18-08-2020 [20:59]
Azərbaycanın Xalq artisti, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, uşaqlıqdan "Ən vacib müsahibə" filmindən tanıdığım və həyatımın sonrakı illərində elə bu filmlə başlayan gələcək yolumun müəyyənləşməsində özünün iştirakı olmadan bir vasitəçi olan HACIMURAD YEGİZAROVun doğum günüdür.
Onu ilk dəfə "Ən vacib müsahibə" filmindən tanımışdım. Onda hələ orta məktəbdə, aşağı sinifdə təhsil alırdım. Filmdəki gənc jurnalist Zaur Xəlilbıyli surəti diqqətimi cəlb etdi. Uzun illər bu filmin təsiri ilə yaşadım. Yavaş-yavaş ürəyimdə isti bir duyğu oyandı. Və bu film məndə bir fikri qətiləşdirdi: "Mən də jurnalist olacağam!"...
Hacımurad Yegizarovdan söhbət açmaq istəyirəm. O kimdir?
Hacımurad Hacıəhməd oğlu Yegizarov Azərbaycanın Xalq Artisti, teatr və kino aktyorudur. Populyarlıq, şöhrət və tamaşaçı sevgisi bir kino aktyoru kimi hələ 1960-cı illərdən onun nəsibi olub.
O, "Azərbaycanfilm", "Barrandovfilm" (Çexo-Slovakiya) kinostudiyalarında, Gürcüstanın Dövlət Kinostudiyasında rollara çəkilib. 2000-ci illərdən isə Almaniya kinostudiyalarında çəkilib. Onun yaradıcılıq arsenalında 40 filmdə rolu var.
Yaradıcı ömrünü teatr və kino sənətimizin inkişafına həsr etmiş aktyor uzun illər S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında klassik və müasir rollar yaratmış, öz istedadlı oyunu ilə tamaşaçıların dərin rəğbətini qazanmışdır. Hacımurad Yegizarov bu teatra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra gəlmişdi. “Şeyx Sənan”da baş rolu ifa edən aktyor az bir zaman içərisində məşhurlaşdı, rus klassiklərinin əsərlərində əsas rollar ifa etdi.
Yaraşıqlı siması, şux qaməti olan bu aktyor istedadı kinorejissorların da diqqətini cəlb etdi. Ona kino rolları həvalə olunmağa başlandı.
İnstituta qəbul olunduğu il, yəni 1958-ci ildə onu iki filmə dəvət etdilər. Həmin il rejissor Həbib İsmayılov onu “Ögey ana” filmində çəkdi.
Hacımurad Yegizarov kinoya ilk gəlişi barədə belə danışıb: “İlk dəfə mənim “Uzaq sahillərdə” filminin baş qəhrəmanı olan Mehdi obrazının sınaq çəkilişlərinə dəvət etmişdilər. Yaş baxımından Mehdi obrazına uyğun gəlmədiyim üçün sınaqdan uğursuz çıxdım. Lakin Həbib İsmayılov onun fotoşəklini görən kimi Ayaz rolunu ona həvalə etməyi qərara alır".
Aktyor o vaxtı belə xatırlayır: “Qısa tanışlıqdan sonra o, məni yeni çəkdiyi filmdə Ayaz roluna dəvət etdiyini bildirdi. Razılaşmadan sonra mən, təbii ki, sınaqsız Ayaz roluna təsdiq olundum”.
Beləliklə, aktyor bundan sonra öz taleyini bu sənətə bağlayacağını qət edir və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə (rus qruppası) daxil olur. İnstitutda təhsil aldığı illərdə ardıcıl olaraq filmlərdə çəkilməyə dəvət alır.
“Ögey ana” filmi Hacımurad Yegizarovun ilk işi olduğundan müəyyən çətinliklərlə qarşılaşsa da, kollektivin yaratdığı çəkiliş mühiti ona yardımçı oldu. Özü bu haqda deyirdi ki, “nə qədər çətin olsa da ilk görünüş, ilk tanışlıq məndə böyük təəssürat, böyük maraq yaratdı. “Ögey ana” gənc aktyora kino sənətini doğmalaşdırdı. Sonra ona bir-birinin ardınca yeni rollar həvalə olunmağa başlandı.
Ümumiyyətlə, Hacımurad Yegizarovun kino bioqrafiyasında müxtəlif xarakterli obrazlar vardır. Məsələn, elə “Arşın mal alan” filminin II variantında Tofiq Tağızadə ona filmin əsas obrazlarından olan Süleyman rolunu həvalə etmişdi.
Rejissor Həbib İsmayılov onu ikinci dəfə “Böyük dayaq” filmində çəkdi. 1961-ci ildə istehsal olunan bu kinolentdə ona partkom Şirzadın obrazı həvalə olunmuşdu.
Xaraktercə prinsipial, haqsızlıqla barışa bilməyən Şirzad filmdə olduqca təbii alındı və aktyorun geniş manevr imkanları olduğunu təsdiq etdi.
“Ulduz” filmi də onun kino yaradıcılığında əhəmiyyətli yer tutur.
Bu filmdə rejissor Ağarza Quliyev aktyora Bəxtiyar rolunu verib. Bəxtiyar romantik xarakterli roldur. Hacımurad Yegizarovun əvvəlki rollarından fərqli olaraq o, təbiətcə sakit, mehriban bir gəncdir. İnstitutu yenicə bitirib rayonlardan birinə təcrübəyə göndərilmişdir. Əslində isə onu rayona çəkən tələbə yoldaşı Ulduza olan məhəbbətidir. Aktyor Bəxtiyarı sevərək yaratdı və tamaşaçılar da onu sevdi.
Onun “Bir cənub şəhərində” filmində yaratdığı Cahangir rolu da maraqlıdır. 1969-cu ildə lentə alınmış bu filmdə Çingiz rolunu oynayan Hacımurad Yegizarov ifası ilə təsdiq etdi ki, o, kinoya təsadüfən gəlməyib.
Hacımurad Yegizarovun ən çox sevdiyim və uşaqlıq yaddaşımda iz salan filmlərindən biri də "Ən vacib müsahibə" filmidir.
1971-ci ildə rejissor Eldar Quliyev “Ən vacib müsahibə” filmində baş rola dəvət edir. Jurnalist mənəviyyatından söhbət açan bu filmdə Zaur rolunu ona həvalə etdi. Təmiz, saf mənəviyyata malik olan bu gənc jurnalist filmin əvvəlindən bir suala cavab cavab tapmağa çalışır: “Həyatın mənasınə nədə görürsən? Ancaq film boyu həmin suala cavab tapmaqda çətinliklərlə rastlaşır. Həyatın mürəkkəb təzadları bəzən onu çaşdırır, axtardığı sualların cavabını tapa bilmir.
Hacımurad Yegizarovun kino yaradıcılığında müxtəlif səpkili rollar var. Rejissorlar gənclik illərində ona daha çox romantik rollar həvalə edirdilər. Dramatik xarakterli rolları ustalıqla açmağı bacaran aktyorun sonralar ifa etdiyi rollar xaraktercə özünə inanan, bir qədər kübar xarakterli insanlardır.
Məsələn, elə “Bağ mövsümü” filmindəki Kələntəri, yaxud “Nizami” filmindəki Atabəy rollarını buna misal göstərmək olar.
Bundan başqa aktyor “Babək”, “Birisigün, gecəyarısı”, “İnsan məskən salır”, “Qara gölün cəngavərləri”, “O qızı tapın”, “Səmt küləyi”, “Şeytan göz qabağında” və başqa filmlərdə yaddaqalan maraqlı rollar ifa etmişdir.
Onun müharibə naziri ("Qorxma, mən səninləyəm"), Vəzir ("Antim İveriano"), polkovnik Raginski ("Şpeyer və O ") kiçik obrazları da mükəmməlliyi ilə seçilir.
Hacımurad Yegizarov 1986-cı ildə "Birisigün gecəyarısı…" filmində oynadığı təhlükəsizlik işçisi Mustafa Məmmədov roluna görə SSRİ DTK-nın mükafatına və respublikanın Dövlət Mükafatına layiq görülmüşdür.
HACIMURAD YEGİZAROV:
"Deyirlər ki, aktyorluq peşə deyil, diaqnozdur. Mən özümü həmişə bu sənətdə hiss edirəm. Həyatı, sənəti, özünü daxilən tanımaq, duymaq, anlamaq, qiymətləndirmək gərəkdir.
Teatrda, təxminən, 200 rol, kinoda isə 40 rol oynamışam. Düşünürəm ki, teatr aktyorluq sənətinin dərinliklərini anlamağa daha çox yardımçıdır. Bu, "Valentin və Valentina" tamaşasında kapitan-leytenant Qusevin rolu ilə bağlı olub. Kiçik roldur. Yalnız bir çıxışı var. Mətni də kiçikdir. Amma bu rol mənə necə gözəl bir peşəyə sahib olduğumu intellektual, fiziki və əqli səviyyələrdə anlamağa imkan yaratdı.
Kinoda - bu, "Arşın mal alan" filmində Süleyman roludur. Amma kinonun başqa xüsusiyyəti var. Orada peşəni başqa tərəfdən açırsan, çünki prosesin ani inkişafı olmur. Bu səbəbdən, orada işin qiymətləndirilməsi və ona münasibət bir qədər fərqlidir.
Kino-rejissor Tofiq Tağızadənin "Arşın mal alan" filmindəki Süleyman rolunu çox sevirəm. Rejissor mənə Süleyman kimi xaricdə təhsil almış əcdadlarımın tərcümeyi-halını ekrana çıxarmaq üçün unikal imkan yaratdı. Onlar daxilən Avropa mədəniyyətini mənimsəmiş çox ziyalı insanlar olublar, özlərində çox uğurla milli mədəniyyəti və Avropa mədəniyyətini birləşdiriblər. Yəni ssenarini oxuduqdan sonra anladım ki, Süleyman mənə maraqlı, mühüm və zəruri olan roldur".
Hacımurad Yegizarov insanları, həyatı çox sevir. O deyir ki, ünsiyyət insan həyatının ən mühüm parçasıdır. Yaşlandıqca, bunu anlayıb-qiymətləndirməyə başlayırsan. Başlıca olan onlara nəyin və necə qiymətləndirilməsidir. Mən indi də, həmişə də, əxlaqa və mənəvi saflığa böyük dəyər verirəm. Düşünürəm ki, bu keyfiyyətlər insanda özünəhörmət hissi yaradır və cəmiyyətdə nüfuzunu qorumaq imkanı yaradır.
Hacımurad Yegizarov həm də maraqlı bir kitab müəllifidir. "Kitab kimi nəşr edilənə qədər kinopovest yazdım və "Ədəbi Azərbaycan" jurnalında dərc olundu. Yeni kitab yazmaq heç ağlıma da gəlmir. Necə alınsa, elə də olacaq. Bəlkə də sabah belə bir ideya ağlıma gələ bilər. Bilmirəm..."
QISA ARAYIŞ:
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.
SOYADI:
Yagizarov soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.
QEYD:
Hacımurad Yegizarovun yaradıcı fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, 1 iyun 1974-cü ildə Əməkdar artist, 1 dekabr 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır.
2009-cu ildə anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunması isə aktyorun yaradıcılığına verilən yüksək mükafatdır. 1 avqust 2019-cu ildə aktyor 80 illik yubileyi münasibətilə "Şərəf" ordeninə layiq görülmüşdür.
HACIMURAD YEĞİZAROV: Mən adi insan Murad Yegizarovun və aktyor Murad Yegizarovun arzulaya biləcəyi hər şeyə sahibəm: dostlarım, qohumlarım, ailəm, ad-sanım, yaşamağa evim, tamaşaçı rəğbətim və dövlətin mənim peşə fəaliyyətimi qiymətləndirməsi. Bunun üçün həmişə işlədiyim teatrın rəhbərliyinə, eləcə də ölkə rəhbərliyinə minnətdaram və təşəkkür edirəm. Amma televizorla gündəlik xəbərlərə baxan zaman, özümlə dünya arasında harmoniyanın dayandığını hiss edirəm. Buna görə ən böyük arzum budur ki, bütün müharibələr dayansın və müdafiəsiz uşaqlar, qadınlar və qocalar ölməsin...
SON SÖZ YERİNƏ:
Azərbaycanın Xalq artisti, həyatın mənasını bilən Hacımurad Yegizarovun teatr və kinoda yaratdığı çoxsaylı obrazları, mükəmməl aktyor oyunu, teatr və kino sənətimizin inkişafında elə bir iz qoyub ki, böyük sənətə qədəm qoyan hər kəs və tədqiqatçılarımız tərəfindən hələ çox illər araşdırılacaq, bu möcüzəli sahəyə qədəm qoyan hər bir gəncə örnək olaraq qalacaqdır.
Müəllif: Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər araında döyüş genişlənir - Tərəflər müyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var
Tramp anlaşma memorandumunu imzalayıb - Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
1500 məktəb bağlanacaq? - Emin Əmrullayev yazır
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib
"Trabzonspor" "Şalke 04"ün futbolçusunu alır
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul olunub
Sabahın hava proqnozu açıqlandı
“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...?
Deputatdan xanımını vəzifəyə təyin etməsinə - Reaksiya