“Kılıçdaroğlu geri çəkilməlidir” – MHP liderindən maraqlı açıqlamalar

“Kılıçdaroğlu geri çəkilməlidir” – MHP liderindən maraqlı açıqlamalar   

SİYASƏT

Bugün, 19:37

Məhkəmə qərarıyla CHP-nin başına gətirilən Kamal Kılıçdaroğlunun geri çəkilməməsi, əksinə, etirazlara baxmayarq, Özgür Özəl  və komandasını partiyadan qovmağa hazırlıq görməsi Türkiyə siyasətində xaos yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tyaranmış vəziyyət Ankaradakı siyasi prosesləri aktivləşdirib.

Məlumata görə, yaranmış vəzityyətlə bağlı MHP lideri Dövlət Baxçalı gözlənilməz addımatmağa hazlırlaşır.

İddiaya görə, o, sabah Dövlət Baxçalının Kamal Kılıçdaroğlundan geri çəkilməyi, təcili qurltaya gedərək, postun yenidən Özgür Özələ verilməsi ilə bağlı hər iki liderə çağırış edəcək.

Məlumat üçün qeyd edək ki, Baxçalı “CNN Türk”ə  müsahibəsində deyib ki, CHP-də sağlam düşüncəyə üstünlük verilməlidir: “Cənab Kılıçdaroğlu ona edilən haqsızlığı etiraf etməli və eyni zamanda, 13 il sədr vəzifəsində çalışdığı mövcud olan qurumda zərər verməkdən və ya xaos yaratmaqdan çəkinməli, tarixi məsuliyyətini dərk etməlidir. O, qısa zamanda Özgür Özəllə görüşməli, CHP-nin gələcəyi ilə bağlı ortaq bir formul tapılması üçün istefasını bəyan etməlidir. Hesab edirəm ki, bu, həm CHP, həm də ölkəmiz üçün faydalı olacaq”.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR