Avropa İttifaqı ölkələri Belarusa sanksiya tətbiq edir - Açıqlamalar

img

14-08-2020 [23:40]


Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirləri Belarusda prezident seçkilərindən sonra baş qaldıran etirazlar aksiyaları səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Slovakiyanın XİN rəhbəri İvan Korçak özünün “Twitter” səhifəsində yazıb.

Aİ məhdudiyyətlərin tətbiq olunacağı şəxslərin siyahısını tərtib edəcək. Təşkilatın fikrincə, sanksiyalar “repressiyaya məsuliyyət daşıyanlara” şamil olunacaq.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jozep Borrel isə “Twitter” səhifəsində bildirib ki, “Aİ Belarusdakı seçki nəticələrini qəbul etmir, zorakılığa və saxtalaşdırmaya görə məsuliyyət daşıyanların cəzalandırılması üzərində işlərə başlanılır”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR