Deputatlar Mirşahinin "Uşaq pulu" ilə bağlı tənqidlərinə belə cavablar verdi: "Hər kəs öz bildiyi kimi fikirləşir"
10-08-2020 [17:28]
"Uşaq pulu verilməlidir”.
Mia.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında bu sözləri REAL TV-nin rəhbəri Mirşahin Ağayevin uşaq pulunun verilməsini tələb edən deputatları tənqidinə cavabda Milli Məclisin deputatı Aqil Abbas deyib:
"Onun nə dedikləri barədə dəqiq məlumatım yoxdur. Ona görə də bu haqda dəqiq bir şey deyə bilmərəm. Amma bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi geriləmə var. Əksər yerlər bağlanıb, işsizlik artıb, insanlar işləyə bilmir. Biz də deputat olaraq çalışırıq ki, bu fonda iqtisadiyyatımızı necə qaldıraq, pandemiyadan necə qurtaraq. Bunu hamı bilir. Amma bununla belə, fikrimcə, uşaq pulu da verilməlidir.
***
"Deputat öz seçicilərinin fikrini deyir”.
Bunu isə deputat Elman Məmmədov deyib:
"Bu məsələdə hər kəsin, deputatın, digər insanların, vəzifəli və vəzifəsi olmayanın özünəməxsus fikirləri var. Heç kimi söylədiyi fikrə görə qınamaq olmaz. Hər kəs öz bildiyi kimi fikirləşir. Uşaq pulunun verilməsi məsələsinin qaldırılmasında qəbahətli bir şey görmürəm. Təbii ki, deputatlar da bu fikirləri özündən ortaya ataraq demir. Deputat deyirsə ki, çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi məqsədəuyğundur, deməli millət vəkili seçicilərinin fikrini söyləyir. Yəni, deputata seçiciləri tərəfindən həmin istiqamətdə təkliflər olunub”.
***
"Uşaq pulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilsin”.
Bu fikirləri söyləyən deputat Fazil Mustafa isə ümumən REAL TV rəhbərinin açıqlamaları ilə razıdır:
"Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"