UEFA Azərbaycan komandalarına səfər oyunları üçün pul ayıracaq

img

07-08-2020 [14:28]


UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracaq.

Bu barədə "Report"a "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qonaq komandanın çarter reysinin təşkili məqsədilə həmin klublara 40 000 avro ödəniləcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək. Hər 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təsnifat görüşləri 1 oyundan ibarət olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA