Terim Rüştünü qovdu

img

29-10-2013 [10:17]



Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə yığma komandanın koordinatoru olan Rüştü Rəcbər arasında mübahisə yaranıb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, millinin keçmiş qapıçısı Rəcbərin yığmanın düşərgəsi olan otelə gəlməsi təcrübəli mütəxəssisi əsəbiləşdirib.

Terim onun oteldən ayrılmasını tələb edib. R.Rəcbər isə çalışdırıcının bu hərəkətini təəccüblə qarşılayıb. Terimin bu hərəkətinə səbəb kimi onun yığmanın keçmiş futbolçusunu koordinator olaraq görmək istəməməsi və bu vəzifəyə özünün seçəcəyi birini gətirmək planı göstərilir.

Qeyd edək ki, bu hadisənin ardından Türkiyə Futbol Federasiyasının (TFF) R.Rəcbərə yeni vəzifə verəcəyi iddia edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA