4 deputat Belarusa gedəcək - Prezident seçkilərini müşahidə etmək üçün

img

04-08-2020 [18:33]


Milli Məclisin bir qrup deputatı Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-də Minskə səfər edəcək.

Mia.az Milli Məclisə istinadıla bildirir ki, deputatlardan Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəklər.

Millət vəkilləri seçkilər öncəsi vəziyyətlə tanış olacaq, səsvermənin gedişatını müşahidə edəcəklər. Yekunda prezident seçkilərinə dair rəy veriləcək.

Səfər avqustun 11-də başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA