Prezidentin ehtiyat fondu 60 faiz artırılır - Büdcədə dəyişiklik

img

01-08-2020 [13:38]


Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlarına ayırmalar 280 milyon manat və yaxud 68,3% artırılaraq 410 milyon manatdan 690 milyon manata çatdırılır.

Mia.az “Report”a istinadla xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Prezidentin ehtiyat fondu 180 milyon manat və yaxud 60% artırılaraq 300 milyon manatdan 480 milyon manata, büdcənin ehtiyat fondu isə 100 milyon manat və yaxud 90,9% artırılaraq 110 milyon manatdan 210 milyon manata çatdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA