Qvardiola "Qalatasaray"a daş” atdı

img

26-10-2013 [18:29]



"Bavariya"nın baş məşqçisi Pep Qvariola «Qalatasaray»ın Çempionlar Liqasında çıxış etdiyi qrupla bağlı fikirlərini bölüşüb.

 Türkiyə mətbuatı yazır ki, "Yuventus"un Çempionlar Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirən ispan mütəxəssis "Qalatasarayn deyil, İtaliya klubunun qrup ikincisi olacağını deyib: "Çətin vəziyyətdə olsalar belə, "Yuventus" dəyərli və böyük klubdur. Onlar üç matçı da qazanıb, qrupdan çıxa bilərlər".

 "Bavariya"nı "Barselona"ya bənzətdiyi ilə bağlı yayılan iddiaları da cavablandıran Qvardiola belə bir niyyətinin olmadığını deyib. Baş məşqçinin fikrincə, hər iki klub bir-birindən çox fərqlidir: "Bavariya" çox kubok qazanıb. Bu səbəbdən başqaları onu təqlid etmək istəyər. "Münhen təmsilçisi düşündüyümdən də böyük klubdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA