Boksçumuz dünya çempionu oldu

img

26-10-2013 [15:36]


Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. 


"Qafqazinfo” xəbər verir ki, Apasport.az saytının məlumatına görə, mundialın son günündə yığmamızın üzvü Cavid Çələbiyev final qarşılaşmasını da qələbə ilə başa vuraraq, dünya çempionu adına layiq görülüb.

Belə ki, yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənərlaşdıran həmyerlimiz həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirib. 56 kq çəki dərəcəsində mübarizə aparan Çələbiyev bu dəfə də rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 3:0 (30:27, 29:28, 29:28).

Mundialda debüt edən boksçumuz bununla da Azərbaycan boks tarixinə düşüb. O, Ağası Məmmədov və Məhəmmədrəsul Məcidovdan sonra dünya çempionatının qızıl medalını qazanan üçüncü boksçumuz olub.

Qeyd edək ki, Çələbiyevdən öncə Teymur Məmmədov (91 kq) yarımfinalda italiyalı Klemente Russoya uduzaraq, bürünc medalla kifayətlənmişdi. Məcidov isə bu gün final döyüşü keçirəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA