Prezidentin köməkçisi Avropa İttifaqına səsləndi: "Bu hücumlar qəti şəkildə pislənilməlidir, əks halda..."
15-07-2020 [15:39]
"Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları bu prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur".
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatları ilə bağlı Avropanın nüfuzlu xəbər portalı olan euractiv.com-a müsahibəsində deyib.
O bildirib ki, Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlanıb: "Belə ki, hadisələrdən öncə bu ərazidə çox sayda erməni ordusunun rəhbər heyəti və canlı qüvvələri cəmləşdirilmişdir. Həmçinin erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu bir hərbi maşınla hücum cəhdi edib. Bu məntiqsizdir. Reallıq isə budur ki, Ermənistan tərəfi artilleriyadan istifadə etməklə Azərbaycana qarşı növbəti məqsədyönlü təcavüz aktını həyata keçirir".
H.Hacıyev qeyd edib ki, Ermənistan ilə sərhədin bir hissəsinə nəzarət üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb olunub: "Ermənistan isə əksinə bu zonada öz hərbi qüvvələrinin sayını artırır və bu kimi hərbi təxribatlara yol verir. Xüsusilə vurğulanmalıdır ki, Ermənistan tərəfi bu ərazilərdə Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri məqsədyönlü şəkildə hədəf alır və bununla da beynəlxalq humanitar hüququ, eləcə də müvafiq Cenevrə Konvensiyalarını kobud şəkildə pozur".
H.Haciyev 76 yaşlı mülki sakinin də Ermənistan silahlı qüvvələri tərəfindənöldürülməsi faktını qeyd edib.
O deyib ki, bütün dünyanın COVİD ilə mübarizə apardığı bir şəraitdə Ermənistanın əvvəlcə BMT Baş Katibinin qlobal sülh çağırışına qoşulması, daha sonra isə Azərbaycana qarşı növbəti hərbi təcavüz aktı həyata keçirməsi onların əsil mahiyyətini – riyakarlıqlarını üzə çıxarmış olur: "Ermənistan daxilində COVİD ilə bağlı gərgin bir vəziyyət hökm sürür və bu ölkənin rəhbərliyi belə təxribatlara əl atmaqla diqqəti sözügedən problemdən və onun nəticəsində daha da qəlizləşmiş sosial-iqtisadi vəziyyətdən yayındırmağa cəhd edir".
Avropa İttifaqının bu prosesdə roluna toxunan H.Hacıyev qeyd edib ki, Avropa İttifaqı və onun üzv dövlətləri vəziyyəti yaxşı başa düşürlər. Azərbaycan öz növbəsində bu proseslərlə bağlı Aİ-ni məlumatlandırır.
Bu xüsusda H.Hacıyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir: "Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Azərbaycan ümid edir ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcək".
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır