"Oksigen" klinikasında həkimin pulu oğurlandı

img

13-07-2020 [15:30]


Bakıda klinikada oğurluq hadisəsi baş verib.

Mia.az-ın xəbərinə hadisə "Oksigen" klinikasında qeydə alınıb.

Belə ki, naməlum şəxs həmin klinikanın həkimi Yeganə Əliyevanın iş otağındakı çantasından 500 manat və 200 ABŞ dolları oğurlayıb.

Daha sonra Y.Əliyeva hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polis əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sevgiladə Quliyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA