Bu gün İlham Əliyevin təşəbbüsü ilə BMT BA-nın xüsusi sessiyası keçiriləcək

img

10-07-2020 [17:31]


“Bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının (BA) koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək”.

Mia.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu, qlobal həmrəyliyə, koronavirusla mübarizəyə öz töhfəsini verəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA