Toşak Xəqani Məmmədovu stadiondan qovdu

img

22-10-2013 [12:02]


Bu gün "Xəzər Lənkəran” klubunun səhər məşqində maraqlı hadisə baş verib. MİA-nın Apasport.az saytına istinadən məlumatına görə, sabah Azərbaycan Superkuboku uğrunda Naxçıvanda "Neftçi” ilə qarşılaşacaq "ağ-yaşıllar”ın hazırlığını izləyənlər arasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da olub.

Gəl ki, sabiq FİFA referisi məşqi kənardan seyr etmək əvəzinə ikitərəfli oyun zamanı meydançanın mərkəzinə qədər irəliləyib. Bunu görən "Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak yetirmələrinə "dur” əmri verdikdən sonra Məmmədova yaxınlaşaraq, onu meydandan qovub.

Qeyd edək ki, Xaqani Məmmədov sabah saat 15:00-da başlayacaq "Xəzər Lənkəran” – "Neftçi” matçının hakim-inspektorudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA