“Qarabağ” kafesində karantin rejiminin pozan 10 nəfər saxlanılıb

img

08-07-2020 [12:33]


Bakıda karantini pozan kafe aşkarlanıb.

Mia.az-ın xəbərinə görə, iyunun 7-i saat 22:30 radələrində Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reydlər nəticəsində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Qarabağ” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edilərək ümumilikdə 10 nəfər şəxs saxlanılıb.

Belə ki, kafenin icarədarı və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib, video çəkilişlər aparılıb.

İcarədarın barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər 9 nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 800 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA