"Sobsan” boya fabrikində güclü yanğın: yaralılar var - VİDEO + FOTOLAR

img

04-07-2020 [22:10]


7-ci mikrorayondakı “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı FHN-in yanğından mühafizə xidmətinin əməkdaşlarından xəsarət alanlar olub.

Baku TV xəbər verir ki, hadisə nəticəsindən tüstüdən zəhərlənən yanğınsöndürənlər yoldaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə mülki vətəndaşlardan da xəsarət alanların olduğu bildirilib.

Yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvə və texnika cəlb olunub.

***

7-ci mikrorayonda “Sobsan” boya fabrikində baş vermiş yanğın davam edir.

Hazırda Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib. 

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.  /Oxu.az

***

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, hadisə yerinə FHN-nin 30-dan çox yanğınsöndürən maşını cəlb edilib və işçilər təxliyə edilib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın FHN-nin yanğınsöndürən maşnına keçib.

Əlavə məlumat veriləcək.

“Sobsan“ boya fabrikindəki yanğında xəsarət alan FHN əməkdaşları xəstəxanaya aparıldı  - Yenilənib + Video


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı