Klopp: "Pul əsas deyil, İngiltərə klubları zəifdir"

img

21-10-2013 [10:37]


"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp Premyer Liqa klublarından təklif aldığını təsdiqləyib.

"The Sun"a danışan alman mütəxəssis İngiltərə klublarının Dortmund təmsilçisindən zəif olduğunu səbəb göstərərək heç bir yerə getməyəcəyini deyib: 

"Mənimlə danışmaq istəyən Premyer Liqa klubları var idi. Ancaq onlara getmək üçün bir səbəb yox idi. Sadəcə, "Borussiya"dan daha güclü klubu çalışdıra bilərəm. İngiltərədə, hətta Çin və ya Rusiyada daha çox qazana bilərəm, amma mənim üçün pul önəmli deyil".

Qeyd edək ki, Kloppa yay transferi pəncərəsində "Çelsi" və "Mançester Siti" klublarından təklif gəldiyi iddia edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA