"Daha çox qol vura bilərdik"

img

21-10-2013 [10:34]



"İlk hissədə oyunumuz yaxşı alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox qol vura bilərdik, qol epizodlarımız oldu".

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"la oyundan (3:0) sonra keçirilən mətbuat kofransında deyib.

O, meydanın əlverişli vəziyyətdə olduğunu desə də, hava şəraitinin oyuna mənfi təsir etdiyini bildirib: "Hava şəraiti də oyunumuza təsirsiz ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. "Sumqayıt” klubu stadionda çox yaxşı şərait yaradıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA