Sokolov Azərbaycan millisinin cəzalanmasını gözləyir

img

20-10-2013 [15:37]


Rusiya Futbol İttifaqının baş direktoru Andrey Sokolov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Rusiya oyununda azərbaycanlı azarkeşlərin davranışı ilə bağlı danışıb. O, yerli mətbuata açıqlamasında belə deyib:

 "Öncə oyunqabağı və matçın gedişində baş verənlərə seçmə mərhələni keçirən təşkilatın reaksiyasını bilmək lazımdı. Azərbaycan yığmasının azarkeşləri Rusiya himninə hörmətsiz münasibətlə yanaşı, Aleksandr Səmədova da eyni münasibəti göstəriblər. Görək FİFA Bakıdakı azarkeşlərin bu davranışına görə iş açacaqmı. Bundan sonra öz münasibətimizi bildirəcəyik. Çox güman ki, onlar milli federasiyaları fikrini soruşacaqlar. Sadəcə, gözləmək lazımdı”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA